“Togan” növbəti ixrac uğuruna imza atıb

“Togan” növbəti ixrac uğuruna imza atıb

Türkiyənin STM şirkəti tərəfindən istehsal edilən “Togan” mini taktiki pilotsuz uçuş aparatı (PUA) növbəti ixrac uğuruna imza atıb.

“Poliqon” xəbər verir ki, bunu Türkiyədə keçirilən TEKNOFEST festivalı zamanı “Anadolu Agentliyi”nə STM-nin baş direktoru Özgür Güleryüz açıqlayıb.

İxracata xüsusi fikir verdiklərini söyləyən şirkətin baş direktoru bildirilib ki, kamikadze PUA olan “Kargu” hazırda 10-dan çox ölkəyə ixrac edilib: “Digər platformalarımız da yavaş-yavaş özünü sübut etməyə başladı. “Togan”ı ikinci ölkəyə ixrac etdik. Hazırda aktiv şəkildə danışıqlar apardığımız ölkələr var. “Boyga”ya maraq çoxdur, eyni şəkildə “Alpagu”ya da maraq var. “Roketsan” ilə birlikdə istehsal etdiyimiz “Alpagut”u bu ilin sonunda uçuracağıq. Daha məhsul ortaya çıxmadan danışıqlar apardığımız ölkələr var. Deyə bilərəm ki, ona da maraq çoxdur”.

Özgür Güleryüz STM şirkətinin dəniz platformalarında da mühüm ixrac uğurları qazandığını qeyd edib: “Orada da çox mühüm irəliləyişlərin olacağını düşünürük. Müzakirə etdiyimiz çox böyük və mühüm layihələr var. Düşünürəm ki, müdafiə sənayemiz və platformalarımız özünü doğrultduqca, sektorun ixracı daha sürətlə artacaq”.

CATEGORIES
TAGS