“Tornado-Q” reaktiv sisteminin dövlət sınaqları yekunlaşıb

Rusiya “Tornado-Q” reaktiv atəş sisteminin dövlət sınaqlarını yekunlaşdırıb. Bu barədə “AzeriDefence” “İnterfaks” agentliyinə istinadən məlumat verib.

“Motovilixinski zavodu”nun baş direktoru Nikolay Buxvalov bildirib ki, sınaqların yekununa dair akt oktyabrın 15-də hazır olacaq.

Buxalov istehsalçı müəssisə və Müdafiə Nazirliyinin arasında “Tornado-Q” sisteminin çatdırılmasına dair müqavilənin hələ imzalanmadığını deyib.

Qeyd edək ki, ötən ay Rusiyanın müdafiə naziri Anatoli Serdyukov “Motovilixinski zavodu” ilə 36 ədəd “Tornado-Q” sisteminin çatdırılmasına dair müqavilə imzalandığını deyib.

KATEQORIYA: