
ROKETSAN şirkəti tərəfindən hazırlanmış TRG-122 idarə olunan 122 mm çaplı raketlər 2017-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacaq.
“AzeriDefence”nin xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində bildirilib.
Hazırda raketin atış testləri davam edir.
Qeyd edək ki, T-122 “Sakarya” sistemindən atış üçün hazırlanmış TRG-122 idarə olunan raketləri GPS və İNS naviqasiyasına malikdir. Bu raketlərklə 35-40 km məsafədə hədəfləri 10 metr dəqiqliklə məhv etmək mümkün olacaq.




