
“Truvelo” şirkəti yeni CMS 20×42 mm snayper tüfəngini beynəlxalq nümayişə çıxarmağa hazırlaşır.
“AzeriDefence”nin məlumatına görə, bu barədə şirkət rəsmi Facebook səhifəsində informasiya paylaşıb.
Yeni snayper tüfəngi gələn həftə CAR-ın paytaxtı Pretoriyada keçiriləcək AAD-2016 sərgisində nümayişə çıxarılacaq.
CMS 20×42 tüfəngi əllə tək-tək doldurma (bolt action) iş prinsipinə malikdir və “Denel PMP” şirkəti tərəfindən hazırlanmış 20×42 mm çaplı qəlpələnən patronlardan atəş açmaq üçün nəzərdə tutulur.
Qeyd edək ki, hazırda “Truvelo” tərəfindən 7.62, 12.7, 14,5, habelə 20×82 mm və 20×110 mm çaplı snayper tüfəngləri istehsal edilir. Şirkət son olaraq bazara 2015-ci ilin aprel ayında CMS 6,5×47 Lapua snayper tüfəngini təqdim edib.




