“Tunga” yerüstü döyüş robotu xidmət üçün hazırdır

“Tunga” yerüstü döyüş robotu xidmət üçün hazırdır

ASELSAN şirkətinin inkişaf etdirdiyi “Tunga” yerüstü döyüş robotu Türkiyə Ordusuna və təhlükəsizlik qüvvələrinə dəstək göstərmək üçün xidmətə hazırdır.

Bu barədə “Poliqon” ASELSAN şirkətinə istinadən xəbər verib.

Qeyd edək ki, Uzaqdan idarə oluna və avtonom şəkildə fəaliyyət göstərə bilən “Tunga”, orta sinif 2-ci səviyə yerüstü döyüş robotudur. O, döyüş və logistika missiyalarını yerinə yetirmək üçün hazırlanıb.

Döyüş robotunun uzunluğu 240 sm, eni 210 sm, hündürlüyü 200 sm və ağırlığı 3000 kiloqramdır. Uzaqdan idarəetmə mənzili 5 km və maksimum hərəkət sürəti 20 km/s olan “Tunga”ya hibrid mühərrik güc verir. “Tunga” 50 sm dərinliyindəki sudan keçə, 80 sm-lik xəndəkləri, 40 sm-lik dik maneələri asanlıqla aşa, 60 faizlik dik və 30 faizlik yan əyimli ərazilərdə rahatlıqla hərəkət edə bilir.

“Tunga” yerüstü döyüş robotu əsas silah olaraq: ASELSAN-ın “SARP Dual” silah sistemi; 40 mm-lik avtomatik qumbaraatan; 12.7 mm-lik pulemyot; 7.62 mm-lik pulemyet ilə təchiz edilə bilər. Müştəri istəyinə uyğun şəkildə lazer tuşlamalı taktiki raket sistemi ilə də silahlandırıla bilən “Tunga”nı əlavə silah olaraq 7.62 mm-lik pulemyot ilə təchiz etmək mümkündür.

CATEGORIES
TAGS