“TurAz Qartalı – 2022” təlimlərinin açılış mərasimi keçirilib

“TurAz Qartalı – 2022” təlimlərinin açılış mərasimi keçirilib

Sentyabrın 5-də “TurAz Qartalı – 2022” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, tədbirdə Azərbaycanın və Türkiyənin hərbi qulluqçuları, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və başqaları iştirak ediblər.

Əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və hər iki ölkənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hərbi Hava Qüvvələrinin zabiti general-mayor Zaur Rüstəmov qonaqları salamlayaraq vurğulayıb ki, bu cür təlimlərin keçirilməsi birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası baxımından mühüm əhəmiyyət kəsb edir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan-Türkiyə dostuq və qardaşlıq əlaqələrinin uğurlu inkişafından, bu münasibətlərin yüksək nəticələrindən danışıb.

Digər çıxış edənlər də təlimlərin başlanması və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar iştirakçılara uğurlar arzulayıblar.

Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

5027aa4acdafc619c9d477e177da6941 e1662371448825

cbfcc95ee53052dc43c70ba639cafe8a e1662371529900

Poliqon.az

CATEGORIES