Türk Ordusu bu il “Hisar O+” ZRK ilə silahlanacaq

Türk Ordusu bu il “Hisar O+” ZRK ilə silahlanacaq

Türkiyənin “Roketsan” və “Aselsan” şirkətlərinin birgə hazırladığı “Hisar-O+” orta mənzilli zenit-raket kompleksi (ZRK) bu il Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək.

“Poliqon” xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrində “Hisar O+” ZRK-nin qəbul test sınaqları 2021-ci ilin oktyabr ayında keçiriləcək. Qəbul testləri tamamlandıqdan sonra, “Hisar O+” kompleksinin Türkiyə Ordusuna çatdırılmasına başlanacaq.

Qeyd edək ki, cari ilin ikinci yarısında Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) “Aselsan” və “Roketsan” şirkətləri ilə “Hisar O+” ZRK-nin seriyalı istehsalına dair müqavilə imzalayıb. Müqaviləyə əsasən “Hisar O+” ZRK-lərin Türkiyə Silahlı Qüvvələrinə tədarükünün 2024-cü ilə qədər tamamlanması planlaşdırılıb.

“Hisar O+” kompleksi təyyarə, “hava-yer” tipli raket, qanadlı raket və PUA-lar kimi təhdidlərin qarşısını almaq imkanlarına malikdir. “HİSAR-O” ZRK-nin inkişaf etdirilmiş “HİSAR-O+” versiyasının uçuş məsafəsi 25 kilometrdir.

Rizvan Fikrətoğlu

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş