Türk Ordusu “Hema” şirkətindən tank daşıyıcıları qəbul edib

Türkiyə Silahlı Qüvvələri yerli istehsal olan tank daşıyıcılarını istifadəyə qəbul edib. “AzeriDefence”nin məlumatına görə, “Hema” şirkəti tərəfindən istehsal olunmuş bu tank daşıyıcılar 70 tona qədər çəkidə zirehli texnikaları daşıya bilir.

2009-cu ildə başlanmış TTAR layihəsinin ümumi məbləği 25 mln. ABŞ dolları təşkil edir.

Nəqliyyat vasitələrinin təhvil verilmə mərasimində çıxış edən “Hema” şirkətinin idarə heyətinin sədri İbrahim Hattat bildirib ki, təmsil etdiyi holdinq milli tank proyektində Güc Modullarını (Power Pack) istehsalını həyata keçirmək niyyətindədir.

Tank daşıyıcılar 480 at gücünə sahibdir və yüklü halda ağırlığı 115 tondur. TTAR proyekti ilə həyata keçirilən bu tank daşıyıcı vasitələr indiyədək istehsal edilmiş ən sürətli tank daşıyıcı hesab oluna bilər. Nəqliyyat vasitəsinin əsas özəlliklərindən biri də onun xüsusi transmissiya sayəsində 30 dərəcə maililiyə çıxa bilməsidir.

KATEQORIYA: