Türk Ordusu təkmilləşdirilmiş növbəti F-16-nı təhvil alıb
Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya parkında yer alan F-16 Blok-30 döyüş təyyarələrinin təkmilləşdirilməsi davam etdirilir.
Bu barədə “Poliqon” Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) mətbuat xidmətinə istinadən məlumat verib.
“Modernləşdirilmiş beşinci F-16 Block-30 döyüş təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına təhvil verildi”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, layihə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin aviasiya parkında yer alan 35 ədəd F-16 Blok-30 döyüş təyyarəsinin təkmilləşdirilməsi nəzərdə tutulub. TUSAŞ şirkəti tərəfindən təkmilləşdirlən hər təyyarənin 1200-1500 ədəd konstruksiya hissəsi yenilənir və ya təmir edilir.
Təkmilləşdirmə nəticəsində F-16 təyyarələrinin istismar müddətinin 8000 saatdan 12000 saata qədər artırılması hədəflənib.




