VideoVideoXəbərlər

Türk şirkəti əsgərin üzərində daşınan qumbara qutusu hazırlayıb

Türkiyənin STM şirkəti tərəfindən əl qumbaralarını təhlükəsiz yerləşdirməyə, sürətli və maneəsiz atmağa imkan verən EBK-M44 adlı əsgərin üzərində daşınan qumbara qutusu hazırlanıb.

“Azeri Defence”nin bildirdiyinə görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsi məlumat yayıb.

Döyüş zamanı əsgər silahı əlindən yerə qoymadan 2 saniyə ərzində bir əllə, düyməni sıxaraq qoruyucu qapağı aça və qumbaranı çıxararaq hədəfə ata bilər.

Qumbaranın halqası möhkəm paraşüt ipi ilə sistemə bağlı olduğundan EBK-M44-ün üzərində qalır.

EBK-M44 iki təhlükəsizlik rejiminə sahibdir. Əsgər qumbaranı atmadıqda təhlükəsiz şəkildə yenidən qutuya yerləşdirə bilir.

EBK-M44 Türkiyə Ordusunun standart MOD44 və MOD45 qumbaralarına uyğundur. Qutu MIL-STD 810G hərbi standartlarının tələblərinə cavab verir.

EBK-M44 qoşun sınaqlarını tamamlayıb və silahlanmaya qəbulu tövsiyyə olunub.

Back to top button