SHXÇDX-nın rəisi Salyanda vətəndaşların qəbulunu həyata keçirəcək

SHXÇDX-nın rəisi Salyanda vətəndaşların qəbulunu həyata keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2023-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 26 yanvar 2023-cü il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov Salyanda Hacıqabul, Neftçala, Salyan rayonlarından və Şirvan şəhərindən olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların 24 yanvar 2023-cü il tarixədək SHXÇDX-nın adları qeyd olunan şəhər və rayon şöbələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Poliqon.az

CATEGORIES