Türkiyə hava hücumundan müdafiə imkalarını genişləndirir
Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal edilən Atəş İdarəetmə Cihazının (AIC) və modernləşdilmiş yedəkdə daşınan zenit toplarının ilk partiyası Silahlı Qüvvələrə təhvil verilib.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsi (SSB) məlumat yayıb.
AIC eyni vaxta 3 ədəd zenit top və 1 ədəd “Hisar-A” zenit raket kompleksinin atış və komanda idarəetməsini həyata keçirə bilir.
Atəş İdarəetmə Cihazı mühüm obyektlərin, həmçinin hərbi bazaların havadan müdafiəsinin davamlı təmin olunması məqsədi ilə hazırlanıb.
ASELSAN tərəfindən modernləşdirilmiş və AIC idarəsi altında çalışacaq 35 mm-lik yedəkdə daşınan zenit topları yenə ASELSAN tərəfindən yaradılmış 35 mm çaplı proqramlaşdırılan-qəlpəli sursatlardan atəş açır.
CATEGORIES Xəbərlər