Türkiyənin M4K zirehli təmir-təxliyyə maşınlarının sifarişçiyə çatdırılması tamamlanıb

Türkiyənin M4K zirehli təmir-təxliyyə maşınlarının sifarişçiyə çatdırılması tamamlanıb

“MPG Makine” şirkəti tərəfindən Türkiyənin Quru Qoşunlarının ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan və istehsal edilən M4K zirehli təmir-təxliyyə nəqliyyat vasitələrinin hamısı sifarişçiyə təhvil verilib.

Bu barədə Azeri Defence saytı Türkiyə Müdafiə Sənayesi Komitəsinə (SSB) istinadən məlumat verib.

Minaya qarşı qismən qorunan M4K Quru Qoşunların invertarındakı maşınların təxliyyəsində istifadə edilməsi üçün yerli imkanlar hesabına istehsal edilib.

Ümumilikdə 29 ədəd M4K zirehli nəqliyyat vasitəsinin Türkiyə Silahlı Qüvvələrinin invertarına daxil ediləcəyi bildirilirdi.

8×8 təkər formuluna malik M4K maşını ASELSAN şirkətinin istehsalı olan “Sarp” məsafədən idarə olunan döyüş modulu ilə silahlandırırlıb.

CATEGORIES
TAGS