
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Laçına daxil olması ilə bağlı paylaşım edib
Qardaş Azərbaycan, Qarabağda əldə edilən böyük zəfərdən sonra işğal altındakı öz torpaqlarına qovuşmağa davam edir.
Azeri Defence saytının məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabındakı paylaşımda deyilib.
“Qəhraman Azərbaycan Ordusu Ağdam və Kəlbəcərdən sonra Laçın rayonuna daxil olub. Qarabağ Azərbaycandır! Azərbaycan-Türkiyə”, – deyə paylaşımda bildirilib.
CATEGORIES Xəbərlər