Xəbərlər
Türkiyə Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Türkiyə Milli Müdafiə Nazirliyi özünün rəsmi “Twitter” səhifəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.
“Poliqon”un məlumatına görə, paylaşımda deyilir: “29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən Azərbaycan türkü qardaşlarımızın ağrısını ürəyimizdə yaşamağa davam edirik. Beşikdəki körpələri belə öldürməkdən çəkinməyən caniləri unutmadıq və unutdurmayacağıq! Xocalıda şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik!”.




