Xəbərlər
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində yer alacaq türkiyəli heyət artıq Azərbaycandadır

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatının müvafiq bəndinə əsasən yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən etibarən fəaliyyətə başlayır.
“Poliqon”nun Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Birgə Monitorinq Mərkəzində təmsil olunacaq türkiyəli hərbçilər Azərbaycana gəliblər.
Məlumatda o da qeyd olunub ki, Birgə Monitorinq Mərkəzində təmsil olunacaq rusiyalı hərbçilər isə artıq Azərbaycandadır.




