Türkiyə T129 ATAK helikopterlərini yerli dost-düşmən tanıma cihazı ilə təchiz edib

Türkiyə T129 ATAK helikopterlərini yerli dost-düşmən tanıma cihazı ilə təchiz edib

Türkiyənin ASELSAN şirkətinin istehsal etdiyi IFF Mod 5/S cavablayıcı cihazının Ordu tərəfindən qəbul sınaqları tamamlanıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin aylıq bülletenində bildirilib.

Məlumatda sınaqları tamamlanan “dost-düşmən tanıma” cihazının T129 ATAK helikopterlərinə inteqrasiya olunaraq istifadəyə hazır vəziyyətə gətirlidiyi qeyd edilib.

Həmçinin bildirilib ki, IFF Mod 5/S Cavablayıcı cihazının prototipi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16  döyüş təyyarəsinə inteqrasiya edilərək sınaqları keçirilib.

Şirkət qeyd edib ki, uçuş sınağında bütün modlarının uğurla test olunduğu cihaz Türkiyə HHQ-nin aviasiya parkındakı F-16 “Block 30TM” döyüş təyyarələrinə quraşdırılacaq.

Poliqon.az

CATEGORIES
TAGS