Türkiyədə “Alpaqu” kamikadze PUA-nın atış sınaqları keçirilib

Türkiyədə “Alpaqu” kamikadze PUA-nın atış sınaqları keçirilib

Türkiyənin STM şirkəti tərəfindən hazırlanan “Alpaqu” kamikadze pilotsuz uçuş aparatının (PUA) atış sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında bildirib.

İsmail Dəmir qeyd edib ki, “Alpaqu” kamikadze PUA döyüş başlığı ilə reallaşdırılan atış zamanı hədəfi dəqiq şəkildə vurub və sınaqları uğurla tamamlayıb.

Sabit qanadlı PUA olan “Alpaqu”dan gecə və gündüz istifadə edilə bilər. PUA-nın çəkisinin az və yığcam quruluşa malik olması onun tək bir personal tərəfindən daşınmasına həmçinin, qısa müddət ərzində döyüşə hazır vəziyyətə gətirilməsinə şərait yaradır.

alpaqu 1

Poliqon.az

CATEGORIES
TAGS