Xəbərlər
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 11 hərbçi şəhid olub – YENİLƏNİB

Türkiyə Silahlı Qüvvələrinə məxsus “Cougar” hərbi nəqliyyat helikopteri Bitlis vilayətində qəzaya uğrayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qəzaya uğrayan “Cougar” helikopterinin Bingöl-Bitlis marşrutu ilə uçduğu bildirilib. Türkiyə vaxtı ilə 13:55 radələrində səmaya qalxan helikopterlə təxminən 30 dəqiqə sonra rabitə əlaqəsi kəsilib. Bundan dərhal sonra CN-235 tipli hərbi təyyarə və pilotsuz uçuş aparatları (PUA) axtarış işlərinə cəlb edilib.
Qəza nəticəsində 11 hərbçi şəhid olub, 2-si xəsarət alıb. Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.




