Xəbərlər

Türkiyənin ikinci P-72 dəniz patrul təyyarəsinin sınaqları keçirilib

Türkiyənin “Meltem-3” layihəsi çərçivəsində ikinci P-72 dəniz patrul təyyarəsinin sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, TCB 752 nömrəli dəniz patrul təyyarəsinın qəbul sınaqları uğurla icra edilib.

Qeyd edək ki, SSB tərəfindən həyata keçirilən “Meltem-3” layihəsi çərçivəsində tədarük edilən TCB 751 nömrəli ilk P-72 dəniz patrul təyyarəsi ötən ilin dekabrında Türkiyə Hərbi Dəniz Qüvvələrinin istismarına verilib.

Bundan əvvəl “Meltem” layihəsi çərçivəsində tədarük edilən 6 ədəd P-235 dəniz patrul təyyarəsi Türkiyə HDQ-nin silahlanmasında yer alır. “Meltem” layihəsinin bu mərhələsində isə dəniz nəzarəti və dəniz patrulu xidmətlərinə istifadə ediləcək 6 ədəd ATR72-600 təyyarəsinin tədarükü planlaşdırılır.

“Meltem” layihəsi çərçivəsində tədarüklərin tamamlanması ilə Türkiyənin dəniz patrul təyyarələrinin sayı 12-yə çatacaq.

 

 

Back to top button