Türkiyənin ZMA-15 zirehli maşınının sınaqları keçirilib

Türkiyənin ZMA-15 zirehli maşınının sınaqları keçirilib

Türkiyənin “Zirehli döyüş maşını (ZMA) modernizasiya layihəsi” çərçivəsində ASELSAN və FNSS şirkətləri tərəfindən təkmilləşdirilən ZMA-15 zirehli döyüş maşınının ilk prototipinin sürüş və atış sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında bildirib.

İsmail Dəmir qeyd edib ki, Türkiyə Quru Qoşunları Komandanlığının ehtiyaclarını qarşılamaq üçün modernləşdirilən ZMA-nın ilk prototipinin atış və sürüş sınaqları uğurla tamamlanıb.

İlk mərəhələdə 133 ədəd ZMA-nın təkmilləşdirilməsini nəzərdə tutan layihə çərçivəsində döyüş maşınları 25 mm çaplı topla silahlandırılmış və ASELSAN şirkətinin istehsalı olan “Nəfər” döyüş modulu, lazer xəbərdarlıq sistemi, yaxın məsafəli müşahidə kompleksi, sürücü bölməsi üçün müasir görmə cihazları, istiqamət müəyyənləşdirmə və naviqasiya sistemləri ilə təchiz ediləcək.

Poliqon.az

CATEGORIES
TAGS