Türkiyə “Kirpi”ni istehsal müqaviləsinin dayandırır

Türkiyə Müdafiə Sənayesi Katibliyi BMC firması ilə minaya qarşı qorumalı nəqliyyat vasitəsinin alğı-satqısına dair müqaviləyə xitam verir. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Zaman” qəzeti məlumat yayıb.
Katiblik müqavilənin dayandırılması üçün BMC-yə məktub göndərib. Qanunvericiliklə məktub daxil olduqdan sonra, 45 gün ərzində firma istehsal prosesindəki problemi həll etməzsə, müqavilə ləğv olunacaq.
Katiblik tərəfindən sifarişlərin çatdırılmasında yaşanmış gecikməyə görə, BMC-yə 7 milyon Avro cərimə kəsilib.
Müdafiə Sənayesi Katibliyi ilə BMC arasında 2009-cu ildə 468 ədəd “Kirpi” adlı MRAP-ın çatdırılmasına dair müqavilə imzalanıb. Firma yaşadığı maliyyə sıxıntıları ilə əlaqədar 278 ədəd nəqliyyat vasitəsini istehsal edərək sifarişçiyə çatdıra bilib.
Qeyd edək ki, MRAP-ların çatdırılmasında yaşanan problemlərə görə, hazırda Türkiyə Silahlı Qüvvələri alternativ planları nəzərdən keçirir. Bu çərçivədə Türkiyə tərəfi Azərbaycanda istehsal edilən “Matador” və “Marauder”lərlə də yaxından maraqlanır. Türkiyə daxilində isə BMC-nin yerinə əsas iddialı “Otokar” şirkəti hesab olunur.




