Türkiyə Meltem II çərçivəsində 4 dəniz patrul təyyarəsini aldı
Thales şirkəti Meltem II proqramı çərçivəsində Türkiyə Dəniz Qüvvələrinə 4 ədəd dəniz patrul təyyarəsinin çatdırılmasını yekunlaşdırıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Thales şirkəti məlumat yayıb.
Təyyarənin hazırlanmasında Thales Systemes Aeroportes şirkəti ilə yanaşı Türkiyə tərəfindən TAI, ASELSAN, HAVELSAN və Milsoft şirkətləri iştirak edib.
Meltem II proqramı çərçivəsində Türkiyənin Dəniz Qüvvələri üçün 6 patrul, Sahil Mühafizəsi üçün 3 ədəd dəniz müşahidə təyyarəsinin alınması nəzərdə tutulur. Təyyarələr müasirləşdirilmiş CASA CN-235 platformasının əsasında yaradılıb.
CATEGORIES Aerospace