Türkiyə Milgem proqramı üzrə daha 6 gəmi inşa etməyə hazırlaşır
Türkiyə Milgem proqramı üzrə 6 ədəd korvetin istehsalına dair tenderin son mərhələsinə gəlib. “AzeriDefence”nin Hürriyət qəzetinə istinadən verdiyi məlumata görə, 6 korvetin istehsalı layihəsinin ümumi dəyəri 1.5 mlrd. ABŞ dolları təşkil edir.
Qalib firma gələn ay elan ediləcək. Tenderin son mərhələsində Türkiyənin RMK Marine və Dearsan firmaları rəqabət aparır.
Milgem programı çərçivəsində nəzərdə tutulan 8 gəmidən ikisi hərbi tərsanələrdə inşa olunub.
CATEGORIES Sənaye