Türkiyə müdafiə sənayesindən 10 ayda 1,4 milyard dollarlıq ixracat

Türkiyənin müdafiə sektorunda fəaliyyət göstərən firmalar tərəfindən 2012-ci ilin yanvar-oktyabr aylar aylarında 1,4 milyard ABŞ dolları dəyərində məhsul xaricə ixrac olunub ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 52% çoxdur. Bu barədə “AzeriDefence” Türkiyə Müdafiə və Aviasiya Sənayesi İxracatçıları Birliyinə (SSİ) istinadən məlumat verib.

Təşkilatın saytında açıqlanmış statistik bilgilərə görə, ixracatda ilk yeri 396 milyon dollarla ABŞ tutub. Hesabat dövründə ilk beşlikdə ABŞ-dan sonra Səudiyyə Ərəbistanı (84 milyon dollar), BƏƏ (76 milyon dollar), Bəhreyn (50 milyon dollar), İtaliya (46 milyon dolar) dayanıb. ABŞ-a ixracat 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 44%, Səudiyyə Ərəbistanına ixracat 17%, BƏƏ-yə ixracat 182%, Bəhreynə ixracat 198%, İtaliyaya ixracat isə 65% artıb.

Hesabatdakı ilk 15 ölkə arasında iki postsovet respublikası da yer alıb. Qeyd olunan dönəmdə Türkiyə Türkmənistana 14, Rusiyaya isə 11 milyon dollar dəyərində hərbi mıhsullar ixrac edib.

CATEGORIES