Türkiyə 20 və 25 mm-lik yeni silah sistemləri hazırlayır

Türkiyə 20 və 25 mm-lik yeni silah sistemləri hazırlayır

Türkiyə xaricdən idxal edilən 20 və 25 mm-lik silah sistemlərini yerli imkanlarla istehsal edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” səhifəsində paylaşım edib.

İsmail Dəmir bildirib ki, 20 və 25 mm-lik top sistemlərini milli olaraq istehsal etmək üçün layihələrin həyata keçirilməsinə başlanıb.

SSB başqanı hazırlanacaq 20 mm-lik topun başda ATAK helikopterləri olmaqla müxtəlif quru, dəniz və hava platformalarına, 25 mm-lik quru topunun isə zirehli döyüş maşnlarına, xüsusi məqsədli taktiki təkərli zirehli nəqliyyat vasitələrinə və uzaqdan idarəolunan silah sistemlərinə quraşdırılacağını vurğulayıb.

Qeyd edək ki, hər iki layihə Türkiyənin “Sarsılmaz” şirkəti tərəfindən yerinə yetirilir.

Poliqon.az

CATEGORIES
TAGS