Türkiyə adı açıqlanmayan ölkəyə “Hürkuş” təyyarəsi ixrac edib

Türkiyə adı açıqlanmayan ölkəyə “Hürkuş” təyyarəsi ixrac edib

Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən “Hürkuş” təlim-döyüş təyyarəsinin yeni versiyası olan HYEU (Hava Yer Entegrasyon Uçağı) təyyarəsi xarici ölkəyə ixrac edilib.

“Poliqon” xəbər verir ki, bu barədə TUSAŞ şirkətinin baş direktoru Temel Kotil “CNN Türk” kanalına müsahibəsində deyib.

Temel Kotil yerli və milli imkanlar hesabına hazırlanmış “Hürkuş” HYEU təyyarəsinin hansı ölkəyə və neçə ədəd ixrac edildiyini açıqlamayıb.

Onun sözlərinə görə, bundan başqa, gələn il TUSAŞ istehsalı olan “Hürjet” təyyarələri Malaziyaya ixrac ediləcək.

“Hürkuş”un satışıyla birlikdə Türkiyə, tarixdə ilk dəfə özü dizayn edib istehsal etdiyi döyüş təyyarəsini ixrac etmiş oldu.

Poliqon.az

CATEGORIES
TAGS