
Türkiyə Azərbaycanla imzalanan hərbi əməkdaşlıq sazişini ratifikasiya edib.
Bu barədə “AzeriDefence” Türkiyənin “Resmi Gazete”sinə istinadən məlumat verib.
Bildirilib ki, Azərbaycan və Türkiyə hökumətləri arasında SAT/SAS/BSD – sualtı hücum, sualtı müdafiə və ixtisaslaşmış dalğıcların birgə təlimi çərçivəsində əməkdaşlığın möhkəmələndirilməsinə dair imzalanan memorandum ratifikasiya olunub.
Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sənəd 2017-ci il mayın 5-də Ankarada imzalanıb.




