
Türkiyə HDQ üçün inşa edilən MURATREİS sualtı qayığı suya endirilib
Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) üçün “Gölcük” tərsanəsi tərəfindən inşa edilən MURATREİS sualtı qayığı suya endirilib.
Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, MURATREİS, Yeni Tip Sualtı Qayıq layihəsi əsasında inşa edilən üçüncü “Reis” sinifli sualtı qayıqdır.
Qeyd edək ki, “Reis” sinifli sualtı qayıqların ilki olan PİRİREİS 2024-cü ilin ilin avqust ayında Türkiyə HDQ-yə təhvil verilib. Layihənin ikinci sualtı qayığı olan HIZIRREİS-in isə hazırda dəniz sınaqları davam etməkdədir.
TAGS Manşet