Xəbərlər
Türkiyə hərbçiləri Azərbaycan Ordusunun komandolarına təlimlər keçib

Türkiyə Silahlı Qüvvələrini Azərbaycanda təmsil edən Xüsusi Komandanlıq Qrupunun koordinasiyası ilə davam edən “Komandonun əsasları kursları” və “Dözümlülük təlimləri” çərçivəsində Azərbaycanın beş briqadasında “Uzun məsafəli müqavimət yürüşləri” icra edilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “Tvitter” hesabında bildirilib.
Nazirliyin sosial media hesabında Azərbaycanın Quru Qoşunlarının komandolarının şəxsi heyətinə keçirilən təlimlərdən görüntülər paylaşılıb.





