Türkiyə IDEF-2021 sərgisinə hazırlaşır

Türkiyə IDEF-2021 sərgisinə hazırlaşır

Türkiyənin İstanbul şəhərində TÜYAP Sərgi və Konqres Mərkəzində 17-20 avqust 2021-ci il tarixlərində keçiriləcək IDEF-2021 XV beynəlxalq müdafiə sənayesi sərgisinə hazırlıqlar davam edir.

Bu barədə “Poliqon”a IDEF sərgisinin təşkilat komitəsindən məlumat verilib.

Türkiyə Prezidentinin himayəsi altında, Milli Müdafiə Nazirliyinin ev sahibliyi ilə Silahlı Qüvvələrin Gücləndirmə Fondunun idarəçiliyi altında keçiriləcək IDEF-2021 sərgisində başda Türkiyə olmaqla müxtəlif ölkədən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkət və dövlət müəssisələri iştirak edərək öz məhsullarını nümayiş etdirəcək.

Müdafiə satınalmalarından məsul olan yüksək vəzifəli şəxslərin görüşü

fuar fotografi 6bBildirilib ki, Türkiyə və dünyanın müdafiə sənayesi nəhənglərinin ən əhəmiyyətli görüş platforması olan IDEF-2021-ə Türkiyədən və xaricdən 1170-dən çox şirkətin qatılması gözlənilir. Əvvəlki IDEF sərgilərində olduğu kimi XV sərigəyə də dəvətlər Türkiyə Milli Müdafiə Nazirliyi, Türkiyə Daxili İşlər Nazirliyi və Türkiyə Müdafiə Sənayesi Başkanlığı tərəfindən edilib.  İki ildən bir keçirilən sərgiyə bu il dəvət edilən 455 nümayəndə heyətinin 116-sı qatılacağını bildirib. Sərginin açılışına qədər bu sayın artacağı gözlənilir.

Sərgiyə qatılacağını bildirən yüksək vəzifəli məmurlar arasında 28 nazir var. Sərgiyə qatılacaq heyətlər arasında Baş Qərargah rəisi, Quru Qoşunlar komandanı, Dəniz Qüvvələri komandanı, Hərbi Hava Qüvvələri komandanı, Baş Qərargah rəis müavini, Nazir müavini, Jandarma Baş komandanı, Baş polis, Sahil Təhlükəsizlik komandanı və katib səviyyəsində çox sayda yüksək vəzifəli məmurlar yer alır. Ümumilikdə, bu rəqəmlər və qatılacaq ölkələrin müdafiə sənayesi alqı-satqısında məsul olan yüksək vəzifəli şəxslərin iştirakı sərginin beynəlxalq iş görüşməsi baxımından məhsuldar olacağını göstərir.

fuar fotografi 5bSərgi platforması iştirakçılar üçün hazırlanır

2019-cu ildə olduğu kimi, bu il də görüşmələrin təşkil edilməsi və sərgi müddətində maksimum səmərəli şəkildə görüşləri həyata keçirmək üçün çalışmalar xüsusi bir qrup tərəfindən aparılacaq.

Habelə, TÜYAP Sərgi Təşkilatı Qrupu tərəfindən hazırlanan “IDEF Business Connect” proqramı və təqdim etdiyi rəqəmsal həllər ilə sərgiyə gələ bilməyən iştirakçı şirkətlər və ziyarətçilər virtual bir araya gələrək iş əlaqələri qura biləcəklər. “IDEF Business Connect” proqramı çərçivəsində sərgidən əvvəl iştirakçı şirkətlər mesajlaşa və onlayn görüşlər keçirə biləcəklər. Bir sözlə, fiziki sərginin üstünlükləri rəqəmsal dünyanın imkanları ilə birləşir!

IDEF-2021 də “yeni nəsil hibrid sərgi” təcrübəsi

IDEF-2021 iştirakçılarına rəqəmsal tətbiqlərin səmərəli bir şəkildə istifadə edildiyi “yeni nəsil hibrid sərgi” təcrübəsi də təqdim edəcək. TÜYAP şirkəti tərəfindən əvvəlcə hazırlanan ağıllı uyğunluq sistemi və xüsusi alqoritmlərdən istifadə edərək yaradılan rəqəmsal platformalar, müdafiə sənayesi mütəxəssislərinin yeni iş birlikləri qurulmasına köməklik edəcək.

IDEF2019 19 scaled e1618910675253Səmərəli və təhlükəsiz sərgi

Məlumatda o da bildirilib ki, ziyarətçilərin böyük maraq göstərdiyi IDEF sərgisinin bu il də səmərəli və təhlükəsiz baş tutması üçün hər cür tədbir görüləcək, COVID-19 tədbirləri yüksək səviyyədə həyata keçiriləcəkdir. IDEF-2021-in keçiriləcəyi TÜYAP Sərgi və Konqres Mərkəzi Türk Standartları İnstitutunun COVID-19 Təhlükəsiz Xidmət Sertifikatına sahib olan ilk sərgi mərkəzidir.

Qeyd edək ki, 2015-ci ildən “Poliqon” (“Azeri Defence”) jurnalı IDEF sərgisində media tərəfdaş qismində təmsil olunur.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS