Xəbərlər
Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müdafiə Sənayesi müqaviləsi qüvvəyə minib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla 31 oktyabr 2017-ci ildə Bakı şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Müdafiə Sənayesi Anlaşması” müqaviləsinin qüvvəyə minmə tarixini təsdiq edib.
“Poliqon” xəbər verir ki, bu barədə qərar “Resmi Gazete”də dərc olunub.
Nəşrin yazdığına görə, sənəd 21 aprel 2021-ci il tarixindən qüvvəyə minmiş hesab edilib.
Rizvan Fikrətoğlu




