RegionSənaye

Türkiyənin ilk milli freqatının inşasına başlanılıb

Türkiyənin “İstanbul” adı verilən ilk milli freqat gəmisinin tikintisinə başlanılıb.

Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

Bu gün milli müdafiə naziri Fikri İşıq və Hərbi Dəniz Qüvvələrinin komandanı Rəcəb Bülənt Bostanoğlu inşa olunacaq “İstanbul” freqatının təməlini qoyublar.

Məlumatda qeyd olunur ki, yerli imkanlar hesabına 5 ədəd istif sinifli freqat gəmisi tikiləcək. “İstanbul” freqatına dikinə atış sistemi (DAS) inteqrasiya ediləcək.

DAS sistemi ESSM (Evolved Sea Sparrow Missile) idarəolunan mərmilərlə su üstü və hava hədəflərinə atəş açamaq imkanı verəcək.

Freqat gəmisinin silah arsenalında hava hədəflərinə qarşı mərmilərin sayı 21-dən 64-ə qədər, su üstü hədəflərə qarşı idarəolunan mərminin sayı isə 16 ədəd yer alacaq. ESSM idarəolunan mərmilərin atış mənzili 5 km-dən 18,5 km-ə qədər təşkil edir.

Back to top button