
Türkiyə MN: Azərbaycan öz torpaqlarını işğaldan azad edərək gücünü bütün dünyaya göstərdi
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrini təbrik edib.
“Poliqon” xəbər verir ki, bu barədə Nazirliyin rəsmi “Twitter” hesabında paylaşım edilib.
“”Tək Vətən” əməliyyatındakı qəhrəman və fədakarcasına mübarizəsi ilə Qarabağdakı öz torpaqlarını işğaldan azad edərək gücünü bütün dünyaya göstərən və bizləri də qürurlandıran Azərbaycan Silahlı Qüvvələrinin bu özəl gününü təbrik edir, qardaşlarımızı ürəkdən salamlayırıq”, – deyə Müdafiə Nazirliyinin paylaşımında qeyd edilib.
CATEGORIES Xəbərlər