Türkiyə MN Bakının azad olunmasının 105 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib
Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 105 illiyi münasibətilə Azərbaycan xalqına təbrik mesajı ünvanlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib.
“Bakının düşmən işğalından azad edilməsinin 105 illiyi qutlu olsun. Azərbaycan Türkü qardaşlarımızı tək qoymayan Nuri (Killigil) Paşanı və onun tabeliyində olan Qafqaz İslam Ordusunun qəhrəmanlarını hörmət və rəhmətlə yad edirik.
105 il əvvəl olduğu kimi bu gün də Azərbaycan Türkü qardaşlarımızla bir ürək, bir yumruq olmağa davam edəcəyik”, – deyə paylaşımda bildirilib.
CATEGORIES Xəbərlər
TAGS Manşet