Türkiyə Müdafiə Sənayesi Başqanlığının nümayəndə heyəti Azərbaycana gəlib

Türkiyə Müdafiə Sənayesi Başqanlığının nümayəndə heyəti Azərbaycana gəlib

Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) nümayəndə heyəti Azərbaycana gəlib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı özünün “X” hesabında paylaşım edib.

Səfər çərçivəsində SBB başqanının hava və dəniz sistemləri üzrə müavini Gökhan Uçarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə səfir Cahit Bağcı və Türkiyə Müdafiə Sənayesi Başqanlığının Azərbaycandakı müşaviri İlker Türköz arasında görüş keçirilib.

Görüş zamanı nümayəndə heyəti tərəfindən Türkiyənin Azərbaycandakı səfirinə 5-ci nəsil KAAN döyüş təyyarəsinin maketi hədiyyə edilib.

CATEGORIES
TAGS