Türkiyə müdafiə sənayesi sahəsində yerlilik nisbətini 80 faizə yüksəldib

Türkiyə müdafiə sənayesi sahəsində yerlilik nisbətini 80 faizə yüksəldib

Türkiyə müdafiə sənayesi sahəsində yerlilik nisbətini 80 faizə yüksəldib.

“Poliqon” xəbər verir ki, bunu SAHA – EDGE Müdafiə Sənayesi Toplantısı çərçivəsində Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır deyib.

O bildirib ki, müdafiə sənayesi sektorunun illik ixracatı 20 ildə 240 milyon dollardan 4.5 milyard dollara yüksəldilib: “Əksər hissəsi bir neçə şirkət tərəfindən həyata keçirilsə də, bu ixracı mümkün edən əsas amil müdafiə sənayesi zəncirində rol oynayan 3 minə yaxın şirkətimiz və 80 min nəfərlik ixtisaslı kadr potensialımızdır.

“Bayraktar TB2”, “Anka”, “Akıncı”, “Kızılelma”, “Hürkuş”, “Hürjet”, “Atak” və “Gökbey” ilə havadakı döyüş qabiliyyətimizi gücləndiririk. Milli müşahidə peykimiz İMECE ilə kosmosda “biz də varıq” deyirik”.

CATEGORIES