Türkiyə müdafiə sənayesinin cari ilin aprel ayı üçün ixracat rəqəmləri açıqlanıb

Türkiyə müdafiə sənayesinin cari ilin aprel ayı üçün ixracat rəqəmləri açıqlanıb

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2024-cü ilin aprel ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin aprelində 350.5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (2023-ci il aprel – 417.2 milyon ABŞ dolları) 2024-cü ilin aprelində ixrac olunan məhsulların dəyəri azalıb.

Cari ilin ilk dörd ayı ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən ümumi dəyəri 1.3 milyard ABŞ dollarından çox olan məhsul ixrac edilib.

CATEGORIES
TAGS