RegionXəbərlər

Türkiyə müdafiə sənayesinin cari ilin avqust ayı üçün ixracat rəqəmləri açıqlanıb

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2024-cü ilin avqust ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin avqustunda 423 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (2023-ci il avqust – 375.7 milyon ABŞ dolları) 2024-cü ilin avqust ayında ixrac olunan məhsulların dəyəri artıb.

Cari ilin geridə qalan 8 ayı ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən ümumi dəyəri 3.7 milyard ABŞ dollarından çox olan məhsul ixrac edilib.

Back to top button