RegionXəbərlər

Türkiyə müdafiə sənayesinin ixracı 4 milyard dollara yaxınlaşır

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2026-ci ilin may ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin mayında 992,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (740,9 milyon ABŞ dolları) 2026-ci ilin may ayında ixrac edilən məhsulların dəyərində artım müşahidə olunub.

Beləliklə, cari ilin ilk beş ayı ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən ümumilikdə 3,8 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Back to top button