Türkiyə Prezidenti: Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər

Türkiyə Prezidenti: Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər

Son günlərdə bölgəmizdə kritik proseslər yaşandı. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra keçən üç ilə yaxın müddətdə dəfələrlə ifadə etdiyi legitim və haqlı narahatlıqları ilə bağlı lazımi cavabı təəssüf ki, tapa bilmədi, nəticədə özünün suveren ərazilərində antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldı.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən mətbuata bəyanatında bildirib.

“Bu tədbirlərin son dərəcə qısa müddətdə, mülki şəxslərin hüquqlarına yüksək həssaslıq göstərilərək uğurla başa çatdırılması bizim üçün qürur mənbəyi olmuşdur. Tədbirlər zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Yaralılarımıza tezliklə şəfa tapmalarını arzulayıram.

Müzəffər Azərbaycan Ordusunu həm tarixi qələbəsi, həm də mülki şəxslərə göstərdiyi humanist davranışı münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər”, – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

CATEGORIES