“Kornet” TƏİR komplekslərinin sifarişçiyə çatdırılması tamamlanıb

“Kornet” TƏİR komplekslərinin sifarişçiyə çatdırılması tamamlanıb

“Yüksək Dəqiqlikli Komplekslər” holdinqinin Alət Dizayn Bürosu “Kornet” tank əleyhinə idarə olunan raket (TƏİR) komplekslərinin 2023-cü ilin dövlət müdafiə sifarişinə uyğun olaraq Rusiya Müdafiə Nazirliyinə təhvil verilməsini başa çatdırıb.

Bu barədə “Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinə istinadən xəbər verib.

Bildirilib ki, əsas xüsusiyyətlərinə görə öz sinfində dünyada ən yaxşısı olan “Kornet” TƏİR kompleksi hərbi əməliyyatlar zamanı Qərb istehsalı “Leopard” və “Challenger” tanklarını, “Bradley” piyada döyüş maşınlarını (PDM) və digər zirehli texnikaları məhv edib.

“Son illərdə kompleksin xüsusiyyətləri xeyli yaxşılaşdırılmışdır. Onun fəaliyyət dairəsi artıb. “Kornet” kompleksinin inkişafı davam edir. Atəşi idarəetmədən istifadənin asanlaşdırılması istiqamətində işlər aparılır”, – deyə istehsalçı şirkətin məlumatında qeyd olunub.

CATEGORIES