
Türkiyə Quru Qoşunları inventarını yeni PUA və raketlərlə gücləndirir
Türkiyə Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda pilotsuz uçuş aparatı (PUA) və raketin qəbul fəaliyyətlərini tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
Qeyd olunub ki, qəbul fəaliyyətləri tamamlanan BAHA (Bulut Altı İnsansız Hava Aracı) PUA-lar ilə “yer-hava” tipli “Sungur” raketləri Quru Qoşunlarının inventarına daxil edilib.