RegionXəbərlər

Türkiyə Quru Qoşunları yeni DZRK-lərin qəbulunu tamamlayıb

Türkiyə Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda daşınan zenit-raket kompleksi (DZRK) ilə zirehli təmir-təxliyə maşınının kvalifikasiya və qəbul fəaliyyətlərini tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.

Kontr-admiral Z.Aktürk qeyd edib ki, yerli və milli təyyarə gəmisinə sahib olunması istiqamətində verilən qərarla Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının Dizayn Layihə Ofisi tərəfindən sözügedən gəminin dizayn işlərinə başlanılıb.

Back to top button