Türkiyə Quru Qoşunlarına yeni silah sistemləri təhvil verilib

Türkiyə Quru Qoşunlarına yeni silah sistemləri təhvil verilib

Türkiyə Quru Qoşunlarına açıqlanmayan sayda mini ağıllı sursat (MAM), mini/mikro pilotsuz uçuş aparatlarına qarşı antidron sistemi, GPS cihazı və mobil minaatan aşkarlama radarı təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.

Bundan başqa, kontr-admiral Z.Aktürk Milli Müdafiə Nazirliyinə bağlı ASFAT şirkətinin yerli və milli olaraq inşa etdiyi dördüncü ASBOT katerini Türkiyənin Dənizçilik Baş İdarəsinə təhvil verdiyini qeyd edib.

CATEGORIES
TAGS