Xəbərlər
Türkiyə və ABŞ hərbçiləri regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər

Vaşinqtonda Türkiyə-ABŞ Yüksək Səviyyəli Müdafiə Qrupunun toplantısı keçirilib.
“Poliqon” xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti iki ölkənin Müdafiə nazirliklərinin nümayəndə heyətlərinin görüşünün konstruktiv və müsbət keçdiyini bildirib.
Görüşdə ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.




