Xəbərlər

Türkiyə və Azərbaycan Müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyə Milli Müdafiə naziri Hulusi Akarla Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Bu barədə “Poliqon” Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Zakir Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.

Hulusi Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

Poliqon.az

Back to top button