
Türkiyə və Braziliya şirkətləri arasında anlaşma memorandumu imzalanıb
LAAD-2025 sərgisində TUSAŞ (Türkiyə) və “Embraer” (Braziliya) şirkətləri arasında potensial sənaye əməkdaşlıq imkanlarını araşdırmaq üçün anlaşma memorandumu imzalanıb.
“Poliqon” “Embraer”ə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş imza mərasimində hər iki şirkətin nümayəndələri, dövlət rəsmiləri və digər şəxslər iştirak edib.
Qeyd edilib ki, “Embraer”, öz məhsullarına artan tələbatı ödəmək üçün bütün dünyada yeni təchizatçılar və tərəfdaşlar axtarır. Beləliklə, “Embraer”, TUSAŞ-ın metal və kompozit elementlərin istehsalı və yığılması, gövdə hissələrinin son yığımı, komponent, istehsal, test uçuşları, boyama sahələrindəki strateji qabiliyyətlərindən faydalanmağı hədəfləyir.