Xəbərlər

Türkiyə və Ukrayna birgə “Anka” PUA istehsal edəcək

Türkiyə və Ukrayna birgə Ukraynada qurulan pilotsuz uçuş aparatı (PUA) zavodunda “Anka” PUA-ları istehsal edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin müşaviri Aleksey Arestoviç bildirib.

O qeyd edib ki, Ukraynanın Vasilkov şəhərində PUA zavodunun tikintisinə başlanılıb və zavod 2022-ci ilin sonuna kimi ilk məhsullarının çatdırılmasına başlayacaq.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button