Türkiyə yeni peyk sisteminin inkişafı layihəsinə başlayır

Türkiyə yeni peyk sisteminin inkişafı layihəsinə başlayır

Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə TUSAŞ şirkəti arasında GÖKTÜRK Yeniləmə Kəşfiyyat Nəzarət Peyk Sisteminin İnkişafı Layihəsinə dair müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün rəsmi “Twitter” səhifəsində məlumat verib.

“Layihə ilə GÖKTÜRK-1 Peyk Sisteminin istismar müddəti başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin yüksək elektro-optik peyk görüntü ehtiyaclarını qarşılamağı hədəflələyirik”, – deyə İsmail Dəmir bildirib.

Rizvan Fikrətoğlu

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş